Millimizin üzvü: “Ümid edirəm ki, çempionluq bizim olacaq”

Xəbərlər
30 Sentyabr 2025 21:12
42
Millimizin üzvü: “Ümid edirəm ki, çempionluq bizim olacaq”

“Azərbaycan çövkən millisi III MDB Oyunlarına yaxşı hazırlaşıb”.

İdman.biz-in Report-a istinadən məlumatına görə, bunu yığma üzvü Vahid Məmmədov deyib.

İdmançı daim öz üzərlərində işlədiklərini vurğulayıb: “Küveytlə oyunun çətin keçəcəyini gözləyirdik və belə də oldu. Yaxşı və ciddi hazırlaşmışdıq. Daim həm öz üzərimizdə, həm də atlarla işləyirik. Ona görə də qələbə qazandıq”.

O, çempionluq şanslarını dəyərləndirib: “Hələ ki, yaxşı davam edirik. Həm özümüzə, həm də atlarımıza inanırıq. Ümid edirəm ki, çempionluq bizim olacaq”.

Qeyd edək ki, yer aldığı A qrupunda bu gün Küveyti 5:0 hesabı ilə məğlub edən Azərbaycan millisi yarımfinala yüksəlib. Çövkən yarışına oktyabrın 7-də yekun vurulacaq.

İdman.biz