İki dəfə aşdı, 320 km/saatla “uçdu”: NASCAR yarışındakı təhlükəli anın GÖRÜNTÜLƏRİ - VİDEO

Xəbərlər
30 Sentyabr 2025 11:01
45
İki dəfə aşdı, 320 km/saatla “uçdu”: NASCAR yarışındakı təhlükəli anın GÖRÜNTÜLƏRİ - VİDEO

Kanzas sürət yolunda (“Kansas Speedway”) qeyri-adi hadisə baş verib.

İdman.biz xəbər verir ki, Zeyn Smitin idarə etdiyi bolid 320 km/saat sürətlə trasın divarı ilə “uçub”.

Avtomobil sürəti azaltmadan trasın dik divarına qalxıb, havaya uçaraq iki dəfə aşıb və sonda təkərlərinin üzərinə enib.

Xoşbəxtlikdən, pilot xəsarət almayıb. Yarışdan sonra Smit baş verənləri “dəli bir yarış” adlandırıb.

İdman.biz