Ukraynalı idmançıya sanksiya tətbiq olundu - FOTO

12 Fevral 2026 13:46
94
Ukraynalı idmançıya sanksiya tətbiq olundu - FOTO

Ukrayna millisinin üzvü Vladislav Heraskeviç 2026-cı il Qış Olimpiya Oyunlarında akkreditasiyadan məhrum edilib.

İdman.Biz xəbər verir ki, buna səbəb idmançının məşqlər zamanı üzərində hərbi əməliyyatlarda həyatını itirmiş atletlərin təsvirləri olan dəbilqədən istifadə etməsi olub. Beynəlxalq Olimpiya Komitəsi bunun Olimpiya Xartiyasının siyasi təbliğatı məhdudlaşdıran maddələrinə zidd olduğunu bildirib.

Məlumata görə, qurumun xəbərdarlığına baxmayaraq Heraskeviç növbəti enişlərdə də eyni dəbilqə ilə çıxış edib. Nəticədə intizam tədbiri kimi onun akkreditasiyası ləğv olunub.

Qərarın ardından idmançının yarışlardakı gələcək statusu ilə bağlı əlavə məlumatın daha sonra açıqlanacağı gözlənilir.

İdman.Biz