Fiqurlu konkisürəndən motivasiyalı etiraf

12 Fevral 2026 14:25
116
Fiqurlu konkisürəndən motivasiyalı etiraf

Kanadanı təmsil edən Payper Gilles buz üstündə rəqslərdə tərəfdaşı Paul Puare ilə Olimpiya Oyunlarında bürünc medal qazandıqdan sonra mühüm etiraf edib.

İdman.Biz “Golden Skate” nəşrinə istinadla xəbər verir ki, fiqurlu konkisürən üç il əvvəl ona yumurtalıq xərçəngi diaqnozu qoyulduğunu bildirib.

Gilles qeyd edib ki, həmin vaxt belə bir uğuru xəyalına belə gətirə bilməzdi: bu, onların əvvəlcə insan, sonra idmançı olmasının göstəricisidir. O, çətin dövrlər yaşayan, psixoloji və ya sağlamlıq problemləri ilə mübarizə aparan hər kəs üçün bunun yaxşı nümunə olduğunu vurğulayıb.

İdmançı əlavə edib ki, insan sadəcə yataqdan qalxıb özünə inanmağı və arzularının arxasınca getməyi bacarırsa, hər şey mümkündür. Gilles bu nailiyyətlə fəxr etdiyini və onların kim olduqlarını göstərməyin vacib olduğunu deyib.

İdman.Biz