Milanda Olimpiadaya etiraz böyüdü, polis müdaxilə etdi - FOTO/VİDEO

8 Fevral 2026 09:51
76
Milanda Olimpiadaya etiraz böyüdü, polis müdaxilə etdi - FOTO/VİDEO

İtaliyanın Milan şəhərində keçirilən Qış Olimpiya Oyunlarına qarşı keçirilən etiraz aksiyası gərgin anlarla yadda qalıb.

İdman.Biz “ABC New”a istinadla xəbər verir ki, şənbə günü polis onlarla etirazçıya qarşı gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edib. Nümayişçilər fişənglər atıb və olimpiya obyektlərindən birinin yaxınlığında yerləşən avtomagistrala çıxmağa cəhd göstəriblər.

Hadisə minlərlə insanın qatıldığı yürüşün sonunda baş verib. Aksiya iştirakçıları Oyunların keçirilməsinin ətraf mühitə vurduğu zərərə, həmçinin ABŞ agentlərinin İtaliya ərazisində olmasına etiraz ediblər. Qarşıdurmadan sonra polis aqressiv davranan qrupları saxlayaraq onların Santanculiya rayonundakı olimpiya xokkey arenasına doğru irəliləməsinin qarşısını alıb.

Bundan əvvəl maskalı etirazçılar Olimpiya kəndindən təxminən 800 metr aralıda yerləşən tikinti meydançasının üstündəki körpüdə tüstü şaşkaları və fişənglər atıblar. Təxminən 1500 idmançının yerləşdiyi atletlər kəndinə gedən yol müvəqqəti metal baryerlərlə bağlanıb. Bundan sonra yürüş istiqamətini dəyişərək Santanculiya ərazisinə yönəlib. Marşrut boyunca gücləndirilmiş polis nəzarəti təşkil olunub.

İdman.Biz