Meloninin Qış Olimpiya Oyunlarının açılışında mürgülədiyi iddia edilir - FOTO

7 Fevral 2026 17:40
98
Meloninin Qış Olimpiya Oyunlarının açılışında mürgülədiyi iddia edilir - FOTO

İtaliyanın baş naziri Corcia Meloninin Qış Olimpiya Oyunlarının açılışı zamanı əyləşdiyi tribunda mürgüləməsinə dair iddia İtaliya və dünya KİV-lərində geniş müzakirələrə səbəb olub.

İdman.Biz xəbər verir ki, xanım baş nazirin “San-Siro” stadionunda Qış Olimpiya Oyunlarının açılış mərasimi zamanı yuxuya getməsi anı canlı efirə də düşüb.

Efir görüntülərindən götürülən skrinşotlar sosial şəbəkələrdə sürətlə yayılıb və geniş müzakirə mövzusuna çevrilib.

İdman.Biz