“Çətin oyun oldu. Yaxşı nəticə qazandıq”.
İdman.Biz-in məlumatına görə, bunu İslandiya yığmasının baş məşqçisi Arnar Qunnlauqsson Azərbaycanla oyundan sonrakı mətbuat konfransında deyib.
Azərbaycan - İslandiya matçı rəqib komandanın 2:0 hesablı qələbəsi ilə bitib.
“İkinci hissədə Azərbaycan millisi daha yaxşı oynadı. Fiziki cəhətdən yaxşı oynadılar, intensiv idilər. İlk oyuna müqayisədə komandanın artırdığı hiss olunur. İkinci hissənin əvvəlindəki oyunu birinci yarıdan gözləyirdim. Həm də, ilk hissədən sonra hesabda geri idilər və azarkeşlər onlara motivasiya verirdi.
İlk oyunla eyni sistemlə oynayırdılar, amma komanda indi daha strukturlu, intizamlıdır. Onlar inkişaf edir. Komanda olaraq irəli baxmalıdırlar, yaxşı gənc oyunçuları var. Qələbə üçün vaxta ehtiyacları var. Azərbaycan yığması düzgün yoldadır. Ukraynaya qarşı yaxşı oynamışdılar. Yaxın zamanda istədikləri nəticələr gələcək”, - Qunnlauqsson bildirib.
