Fabio Luis Ramim: “Yaxşı azarkeş dəstəyi sayəsində islandlardan xal almaq olar”

Xəbərlər
13 Noyabr 2025 20:20
37
Fabio Luis Ramim: “Yaxşı azarkeş dəstəyi sayəsində islandlardan xal almaq olar”

“Azərbaycan millisi bu gün uğurlu nəticə qazana bilər”.

İdman.Biz bildirir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan yığmasının milliləşdirilmiş braziliyalı sabiq futbolçusu Fabio Luis Ramim yığmanın DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Bakıda İslandiyaya qarşı keçirəcəyi oyun barədə danışarkən deyib.

O, bugünkü görüşdə Azərbaycan yığmasını dəstəkləyəcəyini bildirib: “Keçmiş komandamın nəticələrini izləyirəm. Azərbaycan mənə doğmadır. Bu gün millinin heyətində keyfiyyətli futbolçular var. Yaxşı azarkeş dəstəyi sayəsində islandlardan xal almaq olar”.

Millinin heyətində İslandiya seçməsinin qapısına vurulan yeganə qolun müəllifi olan 44 yaşlı veteran yarımmüdafiəçi həmin matçı da xatırlayıb: “Reykyavikdə təşkil olunan yoldaşlıq görüşündə 1:1 hesablı heç-heçə qeydə alınmışdı. Həmin matçda vurduğum qol hələ də yaddaşımdadır. Gözəl oyun olmuşdu”.

Qeyd edək ki, Azərbaycan-İslandiya matçı bu gün 8-ci kilometr qəsəbə stadionunda saat 21:00-da başlayacaq.

İdman.Biz