2026-cı il dünya çempionatının seçmə mərhələsinin Azərbaycanla Bakıda keçiriləcək oyununda neçə İslandiya azarkeşinin komandasını dəstəkləməyə gələcəyi məlum olub.
İdman.Biz İslandiya KİV-nə istinadən bildirir ki, DÇ-2026-nın seçmə mərhələsində Azərbaycanla Bakıda keçiriləcək matçda təxminən 20-30 azarkeşin qonaqları dəstəkləyəcəyi gözlənilir.
Lakin İslandiya mənbələri qeyd edir ki, 16 noyabrda Polşanın Krakov şəhərində keçiriləcək Ukrayna ilə oyunda İslandiya azarkeşlərinin sayı Bakıdakından üç dəfə çox olacaq. Krakovda təxminən 100 nəfər azarkeşin İslandiyanı dəstəkləməsi gözlənilir.
Xatırladaq ki, Azərbaycan və İslandiya arasında oyun Bakıdakı 8-ci Kilometr Stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Oyunda təxminən 4000 azarkeşin iştirak edəcəyi gözlənilir, stadionun tutumu isə 11000 nəfərdir.
Teymur Tuşiyev
