“Real danışaq, bu gün seçim imkanımız geniş deyil”.
İdman.Biz bildirir ki, bu sözləri Sportinfo.az-a açıqlamasında millinin yeni baş məşqçisi Ayxan Abbasov deyib.
Azərbaycan komandası DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində oktyabrın 10-da “Park de Prens”də Fransa, oktyabrın 13-də isə Polşanın Krakov şəhərində yerləşən “Krakoviya” stadionunda Ukrayna ilə üz-üzə gələcək.
A.Abbasov yığmanın düşərgəsinə çağırdığl futbolçular haqda aşağıdakıları söyləyib:
“Şamaxı”nın baş məşqçisi olduğum üçün Premyer Liqada mübarizə aparan komandaları rəqib kimi təhlil edərkən, yerli futbolçuları detallı şəkildə görürəm. Bu, mənim üçün üstünlükdür. Heyəti müəyyən edərkən doğru seçim etməyə çalışdıq. Meydana çıxacaq ilk “11-lik” barədə deyə bilərəm ki, bəli, ağlımda müəyyən heyət formalaşıb. Adların təxminən 80-90 faizini müəyyənləşdirmişəm”.
Qeyd edək ki, oktyabrın 10-da “Park de Prens” stadionunda keçiriləcək Fransa - Azərbaycan görüşü Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.