Vəfa Musayeva Azərbaycan idmanı tarixinə düşüb.
İdman.biz xəbər verir ki, o, Everest dağına qalxan Azərbaycanın ilk qadın alpinisti olub.
Vəfa bu uğuruna mayın 15-də imza atıb. O, dünyanın ən yüksək zirvəsini fəth edən 3-cü Azərbaycan alpinistidir.
2007-ci ildə İsrafil Aşurlı, 12 il sonra Vadim Vokryaçko buna nail olublar. Düzdür, daha iki azərbaycanlı idmançı Everestə yüksəlib. Amma buna 2013-cü ildə sevinən Murad Aşurlı Rusiya və ABŞ vətəndaşı kimi zirvəni fəth edib.
Everestə qalxan ilk azərbaycanlı qadın isə Elmira Aslanova olub. O, 2023-cü ildə Ukrayna vətəndaşı kimi bunu bacarıb.
Everesti fəth edənlər
İsrafil Aşurlı - 2007, Azərbaycan
Murad Aşurlı - 2013, Rusiya/ABŞ
Vadim Vokryaçko - 2019, Azərbaycan
Elmira Aslanova - 2023, Ukrayna.
Vəfa Musayeva - 2025, Azərbaycan
Qeyd edək ki, hündürlüyü 8848 m olan Everestə ilk dəfə 1953-cü ildə nepallı Tentsiq Norqey və yeni zelandiyalı Edmund Hillari çıxıblar.
İdman.biz