Azərbaycanın ilk qadın alpinist qrupu Everest baza düşərgəsinə çatıb - FOTO

6 Noyabr 2026 17:23
46
Azərbaycanın ilk qadın alpinist qrupu Everest baza düşərgəsinə çatıb - FOTO

Alpinist Elmira Aslanovanın rəhbərlik etdiyi Azərbaycanın ilk qadın alpinist qrupu 5364 metr yüksəklikdə yerləşən Everest baza düşərgəsinə uğurla çatıb.

İdman.Biz xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyi məlumat yayıb.

Bildirilib ki, qrupun tərkibində Nəzrin Əsədova, Adviya Rəsullu, Alisa Tvaradze və Yuliya Şerstobitova yer alıblar.

Bütün çətinliklərə baxmayaraq, alpinistlər zirvəyə doğru irəliləməkdə davam edirlər.

İdman.Biz