Everest zirvəsini fəth edən ilk azərbaycanlı alpinist qadın Vəfa Musayeva “Sıfırı bir etdim” sənədli filminin təqdimat mərasimində çıxış edib.
İdman.Biz xəbər verir ki, o, çıxışı zamanı Everestə qalxmağın çətinliyini analıqla müqayisə edib.
“Hamı elə bilir ki, Everestə çıxmaq çətindir. Amma mən sizə əminliklə deyirəm - bir ana olaraq, bir qadın olaraq deyirəm ki, ana olmaq Everestə hər gün çıxmaq deməkdir”, - deyə Vəfa Musayeva bildirib.
Qeyd edək ki, “Sıfırı bir etdim” sənədli filmi Vəfa Musayevanın Everest zirvəsini fəth etməsindən və bu uğura gedən yolundan bəhs edir.
Orxan Fuladi
