“Şahdağ”da keçiriləcək Avropa çempionatında Azərbaycanı təmsil edəcək heyət açıqlanıb - YENİLƏNİB

3 Mart 2026 15:35
261
“Şahdağ”da keçiriləcək Avropa çempionatında Azərbaycanı təmsil edəcək heyət açıqlanıb - YENİLƏNİB

“Şahdağ” Turizm Mərkəzində keçiriləcək Avropa çempionatında iştirak edəcək Azərbaycanın xizək alpinistləri bəlli olub.

Azərbaycan Qış İdman Növləri Federasiyasından İdman.Biz-ə bildirilib ki, turnirdə ölkəmizi beş idmançı təmsil edəcək.

Nəzrin Qəribova, Nəbiyulla Qələbəqiyev, Anid Sultanov, Abel İsmixanov və Nurid Şəkərəliyev medallar uğrunda mübarizə aparacaqlar.

Martın 4-dən 8-dək keçiriləcək yarışda Azərbaycan, AİN (Neytral Statuslu İdmançılar), Türkiyə, İtaliya, İsveçrə, Sloveniya, Almaniya, Rusiya, İspaniya, Avstriya, Norveç, Bolqarıstan, Çexiya, Polşa, Slovakiya, Yunanıstan, Andorra və İsveçdən 123 idmançı çıxış edəcək.

13:36

Azərbaycanda keçiriləcək xizək alpinizmi üzrə Avropa çempionatında iştirak edəcək ölkələr bəlli olub.

Azərbaycan Qış İdman Növləri Federasiyasından İdman.Biz-ə bildirilib ki, yarışda 18 ölkə mübarizə aparacaq.

Bunlar Azərbaycan, Türkiyə, İtaliya, İsveçrə, Sloveniya, Almaniya, Rusiya, İspaniya, Avstriya, Norveç, Bolqarıstan, Çexiya, Polşa, Slovakiya, Yunanıstan, Andorra, İsveç, AİN-dir (Neytral Statuslu İdmançılar).

Qeyd edək ki, “Şahdağ” Turizm Mərkəzində təşkil olunacaq yarış martın 4-dən 8-dək davam edəcək.

İdman.Biz