FHN-in əməkdaşı Akonkaqua zirvəsini fəth edib - FOTO

Xəbərlər
26 Yanvar 2026 14:43
110
FHN-in əməkdaşı Akonkaqua zirvəsini fəth edib - FOTO

Fövqəladə Hallar Nazirliyi (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasedicisi Sima Səfərova Azərbaycan Alpinizm Federasiyasının təşəbbüsü ilə Cənubi Amerikanın ən yüksək zirvəsi olan Akonkaquaya (6962 metr) texniki dırmanış edib.

İdman.Biz xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, qarşıya qoyulan hədəfə uğurla çatan alpinist Azərbaycanın Dövlət Bayrağı ilə bərabər Fövqəladə Hallar Nazirliyinin rəmzi olan bayrağı da Akonkaqua zirvəsində dalğalandırıb.

İdman.Biz