Yüngül çəkidə UFC reytinqində səkkizinci olan polşalı Mateuş Qamrot yüngül çəkidə keçmiş UFC çempionu braziliyalı Çarlz Oliveyra ilə döyüşdə niyə qalib gələ biləcəyini izah edib.
İdman.biz bildirir ki, Qamrot Rafael Fiziyevin zədə səbəbindən çıxış etməyəcəyi döyüşdə Oliveyraya rəqib olacaq.
“Ciu-citsu və güləş mənim keçmişimin əsasını təşkil edir. Bu, mənim DNT-mdə var. Mən yerdə ona hökmranlıq edə bilərəm. Buna görə də parterdə ona qarşı gücümü sınamaq istəyirəm. Güləş gücdür”, - Qamrot deyib.
Mateuş və Çarlz arasındakı döyüş oktyabrın 11-də Braziliyanın Rio-de-Janeyro şəhərində “UFC Fight Night 261”də baş tutacaq. Oliveyra əvvəlcə Rafael Fiziyevlə qarşılaşmalı idi, lakin azərbaycanlı döyüşçü ayağından aldığı zədə səbəbindən görüşdən imtina edib.