Konor Makqreqor İrlandiya prezidentliyinə namizədliyini geri götürüb

Xəbərlər
15 Sentyabr 2025 11:59
31
Konor Makqreqor İrlandiya prezidentliyinə namizədliyini geri götürüb

MMA döyüşçüsü Konor Makqreqor İrlandiya prezidentliyinə namizədliyini geri götürüb.

İdman.biz xəbər verir ki, 37 yaşlı idmançı bu addımını “siyasi yolun başlanğıcı” adlandırıb.

Makqreqor deyib ki, qərarını ailəsi ilə məsləhətləşdikdən və vəziyyəti diqqətlə qiymətləndirdikdən sonra verib: "Bu, asan qərar deyil, amma hazırkı dövrdə doğru olan seçimdir. Seçkilərdə iştirak etməyəcəyəm, amma xalqıma xidmət etməyə davam edəcəyəm".

Qeyd edək ki, əvvəllər məhkəmə onu zorlamada günahkar bilərək 250 min dollar cərimə ödəməyə məcbur etmişdi.

İdman.biz