Xarici KİV-lər Nazim Sadıxovun mümkün rəqiblərini açıqlayıb

Xəbərlər
14 Sentyabr 2025 13:11
37
Xarici KİV-lər Nazim Sadıxovun mümkün rəqiblərini açıqlayıb

Bakıdakı UFC turnirindən sonra xarici mediada azərbaycanlı yüngül çəkili döyüşçü Nazim Sadıxovun növbəti rəqibi ilə bağlı müzakirələr davam edir.

İdman.biz xəbər verir ki, "MMA Mania" nəşri “Matches to Make” rubrikasında Sadıxovu qırğızıstanlı Mıktıbek Orolbay ilə qarşılaşdırmağı təklif edib.

Hər iki döyüşçünün Top-15-ə yaxın olduğu qeyd olunur və qalib reytinqli rəqiblə döyüşə çıxmaq imkanı qazanacaq.

Eyni zamanda, "Sherdog" saytı “Matches to Make After UFC Baku” məqaləsində "Black Wolf" üçün braziliyalı Maurisio Ruffi ilə döyüş variantını qeyd edib, döyüşçülərin oxşar rekord və formalarını vurğulayıb.

"Cageside Press" isə “What’s Next: UFC Baku Winners” rubrikasında meksikalı Manuel Torresi təklif edərək bu döyüşün maraqlı və zamanında olacağını vurğulayıb.

Qeyd edək ki, Sadıxov əvvəllər oktyabrın 11-də UFC Rio turnirində Renato Moykano ilə döyüş üçün razılıq verdiyini demişdi. Lakin braziliyalı tərəfdən cavab almayıb. Azərbaycanlı döyüşçünün növbəti qarşılaşması hələ də rəsmən elan olunmayıb.

İdman.biz