Məşqçi: Həbib Nurməhəmmədov Meyvezerlə döyüşdən imtina edib

Xəbərlər
9 Sentyabr 2025 00:55
38
Məşqçi: Həbib Nurməhəmmədov Meyvezerlə döyüşdən imtina edib

AKA idman zalının təsisçisi,yüngül çəkidə keçmiş UFC çempionu və UFC Şöhrət Zalının üzvü rusiyalı Həbib Nurməhəmmədovun keçmiş məşqçisi Xavyer Mendes bildirib ki, onun yetirməsi bir dəfə beş çəki dərəcəsində boks üzrə keçmiş dünya çempionu amerikalı Floyd Meyvezerlə döyüşməkdən imtina edib.

İdman.biz bildirir ki, məşqçi qarşı tərəfin, yəni Meyvezerin bu təklifə münasibətindən isə xəbərsizdir.

"Həbib Floyd Meyvezerlə böyük pul müqabilində döyüşmək təklifi aldı, lakin o, rədd etdi. Ona təklif olundu. Lakin Floydun bu təklifi qəbul edib-etməyəcəyi barədə bilmirəm, həm də Həbibin bundan xəbəri olub-olmadığını. O, imtina etdi, Floydun özünün bundan xəbəri olub-olmadığını deyə bilmərəm", - Mendes deyib.

İdman.biz