Rioda Oliveyra ilə döyüşməyə razılıq verən yeganə döyüşçü Rafael Fiziyev olub

Xəbərlər
11 Avqust 2025 02:00
54
Rioda Oliveyra ilə döyüşməyə razılıq verən yeganə döyüşçü Rafael Fiziyev olub

Yüngül çəki dərəcəsində UFC-nin sabiq çempionu Çarls Oliveyra bildirib ki, Braziliyada keçiriləcək turnirdə onunla döyüşməyə razı olan yeganə döyüşçü Rafael Fiziyev olub.

İdman.biz xəbər verir ki, Oliveyra – Fiziyev döyüşü oktyabrın 11-də Rio-de-Janeyroda baş tutacaq və UFC turnirinin əsas qarşılaşması olacaq.

Oliveyra qeyd edib ki, digər bütün aparıcı rəqiblər imtina ediblər:
"Topuriya məni yeni məğlub edib, hazırda reytinqdə birincidir. Arman titul döyüşünü gözləyir. Qetje yalnız kəmər uğrunda döyüşəcəyini deyib. Holloueyin əli sınıb. Porye karyerasını bitirib. Huker isə çox danışır, amma zəng vuranda imtina etdi. Nəticədə yalnız Fiziyev razılaşdı".

Fiziyevin hesabında 13 qələbə və 4 məğlubiyyət, Oliveyranın isə 35 qələbə, 11 məğlubiyyət və 1 baş tutmamış döyüşü var.

İdman.biz

Məqalədə: