Azərbaycanlı döyüşçüdən "ONE Championship"də UĞURLU DEBÜT - VİDEO

Xəbərlər
3 Avqust 2025 18:08
76
Azərbaycanlı döyüşçüdən "ONE Championship"də UĞURLU DEBÜT - VİDEO

Azərbaycanlı MMA döyüşçüsü Elbek Alışov (9-0) Banqkokdakı əfsanəvi "Lumpini" stadionunda keçirilən "ONE Fight Night 34" turnirində uğurlu debüt edib.

İdman.biz-in məlumatına görə, təmsilçimiz ikinci raundda filippinlini Ceremi Pakativi məğlub edib.

Qələbədən sonra Alışov məşqçilər korpusuna və azarkeşlərə təşəkkür edib. O, “böyük səhnə"də mübarizə aparmağı və istənilən çağırışa hazır olduğunu vurğulayıb.

İdman.biz