Dana Uayt Con Consun Ağ Evdə keçiriləcək UFC turnirində iştirakını istəmir

Xəbərlər
20 İyul 2025 16:38
28
Dana Uayt Con Consun Ağ Evdə keçiriləcək UFC turnirində iştirakını istəmir

UFC prezidenti Dana Uayt 2026-cı il iyulun 4-də Ağ Evdə keçirilməsi planlaşdırılan turnirdə Con Consun iştirak ehtimalını şərh edib.

İdman.biz xəbər verir ki, o, keçmiş UFC çempionunun döyüşə qayıtması ilə bağlı riskə getməyə hazır deyil.

Uayt bildirib ki, hər an hər şey ola bilər: "Onu riskə ata bilmərəm - qəfildən nəsə səhv gedəcək. Xüsusilə də söhbət Ağ Evdəki tədbirdən gedirsə".

Qeyd edək ki, MMA tarixinin ən böyük döyüşçülərindən biri kimi tanınan 38 yaşlı Con Cons 2008-2024-cü illərdə yarışıb. 28 qələbəsi, 1 məğlubiyyəti olan idmançı UFC-nin yarımağır və ağır çəkili titullara sahiblənib.

İdman.biz