UFC Ağ Evdə möhtəşəm gecə planlaşdırır - VİDEO

Xəbərlər
16 İyul 2025 10:34
86
UFC Ağ Evdə möhtəşəm gecə planlaşdırır - VİDEO

"Hər kəs bu tədbirin bir hissəsi olmaq istəyir. Ağ Ev turniri üçün əla bir siyahı hazırlaya bilərik".

İdman.biz xəbər verir ki, bunu UFC prezidenti Dana Uayt Ağ Evdə 2026-cı ildə keçirilməsi planlaşdırılan qarışıq döyüş növləri turniri ilə bağlı fikirlərini bölüşərkən deyib.

O, tədbirin möhtəşəm keçəcəyini vurğulayıb: "Tramp və mən bu döyüşlər üçün nə edə bilərik? Bu, Las-Veqasda etdiklərimizə bənzər, yalnız daha geniş miqyasda xüsusi bir şey olacaq. Bir daha belə bir tədbir olmayacaq".

Qeyd edək ki, iyulun 4-də ABŞ prezidenti Donald Tramp Müstəqillik Bəyannaməsinin 250 illiyinə həsr olunmuş tədbirdə UFC turnirinin Ağ Evin ərazisində keçiriləcəyini bildirib.

İdman.biz