Azərbaycan döyüşçüləri Abu Dabi turnirində mübarizə aparacaqlar

Xəbərlər
8 İyul 2025 15:07
39
Azərbaycan döyüşçüləri Abu Dabi turnirində mübarizə aparacaqlar

ВƏƏ-nin paytaxtı Abu Dabidə keçiriləcək "UAE Warriors 62" turnirində Azərbaycanın üç təmsilçisi mübarizə aparacaq.

İdman.biz xəbər verir ki, Əli Quliyev mərakeşli İlias Bulaidlə, Asəf Çopurov isə braziliyalı Joao Pedro ilə döyüşəcək.

Üçüncü azərbaycanlı döyüşçü Məhəmmədəli Osmanlının rəqibi hələ müəyyənləşməyib.

Qeyd edək ki, "UAE Warriors 62" turniri iyulun 24-də keçiriləcək.

İdman.biz