İlya Topuriya liderliyi ələ alıb

Xəbərlər
1 İyul 2025 15:31
31
İlya Topuriya liderliyi ələ alıb

Las Veqasda keçirilən UFC 317 turnirindən sonra UFC reytinqləri yenilənib.

İdman.biz xəbər verir ki, İlya Topuriya çəki dərəcəsindən asılı olmayaraq təşkilatın ən yaxşı döyüşçülərinin reytinqinə başçılıq edir, İslam Maxaçov isə ikinci yerə enib.

Topuriya son döyüşündə ilk raundda Çarlz Oliveyranı nokaut edərək yüngül çəkidə çempion titulunu qazanıb.

Aleşandre Pantoja dörd pillə irəliləyərək beşinci yerə yüksəlib. Braziliyalı Kai Kara-Fransa qalib gələrək dördüncü dəfə ən yüngül çəkidə titulunu qoruyub.

UFC-nin ən yaxşı döyüşçüləri:

1. İlya Topuriya
2. İslam Maxaçev
3. Merab Dvalişvili
4. Drikus du Plessi
5. Aleşandre Pantoja
6. Aleksandr Volkanovski
7. Maqomed Ankalayev
8. Cek Della Maddalena
9. Tom Aspinall
10. Aleks Pereyra

İdman.biz

Məqalədə: