Azərbaycanda ilk dəfə keçirilən UFC turnirində yeni rekord müəyyənləşib.
İdman.biz xəbər verir ki, bu barədə “MMA Junkie” məlumat yayıb.
Bakı Kristal Zalında baş tutan turnirdə 12 döyüş ümumilikdə 2 saat 53 dəqiqə 52 saniyə davam edib. Bu, UFC tarixinə ən uzun 11-ci döyüş gecəsi kimi düşüb.
Qeyd edək ki, UFC-nin növbəti turniri iyunun 29-da ABŞ-nin Las-Veqas şəhərində təşkil olunacaq.
İdman.biz