“Ultimate Fighting Championship”in (UFC) prezidenti Dana Uayt Bakıda rusiyalı döyüşçü Taqir Ulanbekovun qazaxıstanlı Azat Maksum üzərində qələbəsindən sonra azarkeşlərin hakimlərə qarşı narazılığına münasibət bildirib.
İdman.biz xəbər verir ki, amerikalı sahibkar hakimlikdə problemlərin həmişə mövcud olduğunu vurğulayıb.
Dana Uayt Ulanbekovun hakimlərin yekdil qərarı ilə qalib gəldiyini deyib: "Lakin qərarın səhv olduğu aşkar olunduqda, UFC daxilində uduzan tərəf qalib elan edilir. Bəli, qazaxıstanlı azarkeşlər qəzəblənir, bəli, suallar çoxdur. Lakin hakimlik – bu, əbədi problemdir".
İdman.biz