Taqir Ulanbekov: "Qələbə bizim üçün tarixi uğurdur" - VİDEO

Xəbərlər
21 İyun 2025 22:34
89
Taqir Ulanbekov: "Qələbə bizim üçün tarixi uğurdur" - VİDEO

"Qələbə qazandığım üçün çox şadam".

İdman.biz xəbər verir ki, bunu Bakıdakı UFC gecəsində qələbə qazanan Taqir Ulanbekov deyib.

Rusiyalı boksçu Maksum Azat (17-1-0, Qazaxıstan) üzərində qazanılan qələbəni şərh edib: "Bakıda bizi əla qarşıladılar. Burada göstərdikləri qonaqpərvərliyə görə təşəkkür edirəm. Bizim komanda bir ailədir. Komandamızdan kimsə çıxış edirsə, hamımız ona dəstək olmağa yollanırıq. Qələbə bizim üçün tarixi uğurdur. Rəqibə dedim ki, təəssüflənmə. Bu dəfə mən qalib gəldim, gələn dəfə sən qalib gələ bilərsən. Həqiqətən də rəqib yaxşı döyüşdü. Həbib mənə həmişə deyir ki, irəli atıl. Çempion olmaq istəyirəm. Məni ancaq kəmər düşündürür".

Qeyd edək ki, Taqir Ulanbekov hakimlərin yekun qərarına əsasən Maksum Azatı məğlub edib (29:28, 30:27, 30:27).

İdman.biz