Bakıda baş tutan UFC gecəsində ilkin karta yekun vurulub.
İdman.biz xəbər verir ki, turnirdə 6 güclü döyüşçünün adı bəlli olub.
Son qarşılaşmada Sok Hyön Ko (1-0-0, Cənubi Koreya) ilə Oban Elliott (12-2-0, Uels) üz-üzə gəlib. Hər 3 raundda rəqibi məğlub edən koreyalı idmançı hakimlərin yekdil qərarı ilə qalib elan olunub.
"UFC Fight Night"
İlkin kartın nəticələri
Yarım yüngül çəki: Klaudiya Siqula (6-2-0, Polşa) - İrina Alekseeva (5-2-0, Rusiya), Hakimlərin qərarı - 30:27, 30:27, 30:27
Yarım orta çəki: Sok Hyön Ko (1-0-0, Cənubi Koreya) - Oban Elliott (12-2-0, Uels), Hakimlərin qərarı - 30:27, 30:27, 30:27
Ağır çəki: Muhammad Usman (11-4-0, Nigeriya) - Hamdi Abdel Vahab (6-0-0, Misir), Hakimlərin qərarı - 29:28, 29:28, 29:28
Yarım yüngül çəki: Darya Jeleznyakova (9-2-0, Rusiya) - Melissa Mallins (7-1-0, İngiltərə), Hakimlərin qərarı - 29:28, 30:27, 30:27
Orta çəki: Pak Çun Yon (18-6-0, Cənubi Koreya) - İsmail Naurdiyev (24-7-0, Mərakeş), Hakimlərin qərarı - 29:26, 29:25, 29:25
Super yüngül çəki: Taqir Ulanbekov (16-2-0, Rusiya) - Maksum Azat (17-1-0, Qazaxıstan), Hakimlərin qərarı - 29:28, 30:27, 30:27
***
22:46
Bakıda baş tutan UFC gecəsində daha bir qarşılaşmanın qalibi bəlli olub.
İdman.biz xəbər verir ki, orta çəkidə İsmail Naurdiyevlə (24-7-0, Mərakeş) Pak Çun Yon (18-6-0, Cənubi Koreya) qarşılaşıb.
Görüşün gedişində Pak zədə alsa da, yekunda qalib gəlməyi bacarıb.
***
22:16
Bakıda ilk dəfə keçirilən UFC gecəsində qadınlar arasında daha bir qarşılaşma keçirilib.
İdman.biz xəbər verir ki, yarım yüngül çəkidə Melissa Mallins (7-1-0, İngiltərə) - Darya Jeleznyakova (9-2-0, Rusiya)
Darya hər 3 raundda rəqibindən güclü olaraq, inamlı qələbə qazanıb. Mallins UFC-də ilk məğlubiyyətini alıb.
***
21:45
Bakıda ilk dəfə keçirilən UFC gecəsində daha bir görüşə yekun vurulub.
İdman.biz xəbər verir ki, turnirdə qadınlar arasında ilk döyüş baş tutub.
Yarım yüngül çəkidə İrina Alekseeva (5-2-0, Rusiya) Klaudiya Siqula (6-2-0, Polşa) münasibətlərə aydınlıq gətirib. Polşalı idmançı hər 3 roundda rəqibindən daha yaxşı təsir bağışlayıb. Siqula hakimlərin yekdil qərarı ilə qalib gəlib.
***
21:16
Bakıda ilk dəfə keçirilən UFC turnirində ikinci görüş arxada qalıb.
İdman.biz xəbər verir ki, super yüngül çəkidə Taqir Ulanbekov (16-2-0, Rusiya) və Maksum Azat (17-1-0, Qazaxıstan) qarşılaşıb.
Görüşdə rusiyalı boksçu favorit göstərilirdi. Maksum daha fəal döyüşdə hakimlər Ulanbekovu qalib gədiyini açıqlayıblar. Bu, Taqirin ardıcıl 4-cü qələbəsi olub. Azat isə son iki qarşılaşmada uduzub.
***
20:48
Bu gün Bakıda ilk dəfə UFC turniri start götürüb.
İdman.biz xəbər verir ki, Bakı Kristal Zalında keçiriləcək "UFC Fight Night"də ilk döyüş baş tutub.
Ağır çəkidə Hamdi Abdel Vahabla (6-0-0, Misir) Muhammad Usman (11-4-0, Nigeriya) üz-üzə gəlib. Hakimlərin qərarı ilə Usman qalib elan olunub.
Əsas kart, saat 23:00
Yarım yüngül çəki: Muhammad Nayimov (12-3-0, Tacikistan) - Boqdan Qrad (15-2-0, Avstriya)
Yüngül çəki: Nazim Sadıxov (10-1-1, Azərbaycan) - Nikolas Motta (15-5-0, Braziliya)
Ağır çəki: Körtis Bleyds (18-5-0, ABŞ) - Rizvan Kuniyev (12-2-1, Rusiya)
Yüngül çəki: Tofiq Musayev (debütant, Azərbaycan) - Mıktıbek Orolbay (13-2-1, Qırğızıstan)
Yüngül çəki: Rafael Fiziyev (12-4-0, Azərbaycan) - İqnasio Baxamondes (17-5-0, Çili)
Yarım ağır çəki: Camal Hill (12-3-0, ABŞ) - Xalil Rauntri Jr (14-6-0, ABŞ).
İdman.biz