Camaal Hill: "Bakıdakı yarış mənim üçün önəmlidir"

Xəbərlər
18 İyun 2025 15:31
47
Camaal Hill: "Bakıdakı yarış mənim üçün önəmlidir"

"Azərbaycanı çox bəyəndim. Bakı şəhəri inanılmazdır. Məni çox gözəl qarşıladılar".

İdman.biz AZƏRTAC-a istinadən xəbər verir, bu sözləri Bakıda keçiriləcək UFC turnirinin əsas döyüşündə Halil Rauntri ilə üz-üzə gələcək ABŞ idmançısı Camaal Hill deyib

O, qalib gəlmək üçün hər şeyi edəcəyini bildirib: "Məni çox ağır və çətin görüş gözləyir. Həqiqətən də Bakıdakı yarış mənim üçün önəmlidir. Uğurlu nəticə qazanmaq istəyirəm. Özümə inanıram".

Qeyd edək ki, döyüş gecəsi iyunun 21-də Bakı Kristal Zalında keçiriləcək.

İdman.biz