Tacikistanlı MMA döyüşçüsü: "Bakıda hər şey yüksək səviyyədədir"

Xəbərlər
18 İyun 2025 15:06
46
Tacikistanlı MMA döyüşçüsü: "Bakıda hər şey yüksək səviyyədədir"

Tacikistanlı MMA döyüşçüsü Məhəmməd Nayimov Mütləq Döyüş Çempionatının (UFC) Bakıda keçiriləcək turnirinə yaxşı hazırlaşıb.

İdman.biz "Report"a əsasən xəbər verir ki, idmançı bu barədə mətbuat konfransında məlumat verib.

O, avstriyalı rəqibi Boqdan Qradla görüşə hazır olduğunu bildirib: "Düşünürəm ki, qalib gəlmək üçün ən yaxşılarla məşq etməlisən. Mən də yarışdan əvvəl belə etdim".

Nayimov ilk dəfə Bakıya gəldiyini söyləyib: "Burada hər şey yüksək səviyyədədir. Düzü, belə olacağını gözləmirdim".

Qeyd edək ki, “UFC Fight Night” iyunun 21-də Bakı Kristal Zalında baş tutacaq.

İdman.biz