ABŞ-dən olan MMA döyüşçüsü Kurtis Blaydes Mütləq Döyüş Çempionatının (UFC) Bakıda keçiriləcək turnirində yalnız qələbəyə ümid edir.
İdman.biz "Report"a istinadən xəbər verir ki, o, bu barədə mətbuat konfransında deyib.
İdmançı Bakını gəzdiyini söyləyib: "Amma hələ ki, yarış məkanında olmamışam".
Qeyd edək ki, “UFC Fight Night” iyunun 21-də Bakı Kristal Zalında baş tutacaq. Kurtis Blaydes rusiyalı Rizvan Kunievlə üz-üzə gələcək.
İdman.biz