Rusiyalı MMA döyüşçüsü Rizvan Kuniev Mütləq Döyüş Çempionatının (UFC) Bakıda keçiriləcək turnirində döyüşməyə hazırdır.
İdman.biz xəbər verir ki, idmançı bu barədə mətbuat konfransında deyib.
O, özünü sübut etmək istədiyini bildirib: "Bu, mənim üçün böyük şansdır. Döyüşə hazıram. Hamıya top səviyyədə çıxış edə biləcəyimi göstərməliyəm. Karyeramda daha güclü rəqiblərlə görüşmüşəm".
Qeyd edək ki, “UFC Fight Night” iyunun 21-də Bakı Kristal Zalında baş tutacaq. Rizvan Kuniev ABŞ-dən olan Kurtis Blaydeslə üz-üzə gələcək.
İdman.biz