UFC döyüşçüsü Boqdan Qrad Bakıdakı tarixi turnirin bir parçası olduğu üçün qürur duyur.
İdman.biz "Report"a istinadən xəbər verir ki, bunu Mütləq Döyüş Çempionatının (UFC) Bakıda keçiriləcək turnirində iştirak edəcək avstriyalı MMA döyüşçüsü Boqdan Qrad mətbuat konfransında deyib.
29 yaşlı idmançı üç raund üçün hazır olduğunu bildirib: "İşin öhdəsindən gələ biləcəyəm. Avropada hamının məni dəstəkləyəcəyini düşünürəm. İlk olaraq qarşıdakı rəqibimlə görüşə köklənmişəm. Ondan sonra nələrin olacağını görəcəyik".
Döyüşçü UFC-də döyüşməyə hər zaman hazır olduğunu vurğulayıb.
Qeyd edək ki, “UFC Fight Night” iyunun 21-də Bakı Kristal Zalında baş tutacaq. Boqdan Qrad Tacikistan təmsilçisi Məhəmməd Mayimovla üz-üzə gələcək.
İdman.biz