“UFC-nin Bakıda keçiriləcək turnirindən öncə özümü son vaxtlar heç olmadığı qədər inamlı hiss edirəm”.
İdman.biz xəbər verir ki, bu sözləri amerikalı döyüşçü Xalil Rountri deyib.
O, iyunun 21-də Bakıda keçiriləcək UFC gecəsinin əsas döyüşündə həmyerlisi Camaal Hill ilə qarşılaşacaq.
Rountree Bakıya səfərə hazırlığından danışıb: “Düşünürəm ki, bizim döyüş azarkeşlər üçün əla hadisə olacaq. Rinqdə iki güclü zərbə ustası üz-üzə gələcək və mən buna hazıram. UFC-nin məni bu turnirə dəvət etməsinə çox şadam. Bu müddət ərzində çox çalışdım, Aleks Pereyra ilə döyüşdəki səhvlərimdən dərs çıxardım və sadəcə yenidən işimə qayıtdım”.
O, həmçinin hazırkı əhvalından da da söz açıb: “Ağlım da, ürəyim də qaydasındadır və biz Bakıya yollana bilərik. Bu döyüşə çox həvəsliyəm və inamımı fanatlarla bölüşməyə hazıram”.
İdman.biz