Nazim Sadıxov: “Bakıdakı UFC turnirində döyüşməyə hətta başqa planetdən də gələrdim”

Xəbərlər
1 İyun 2025 09:28
48
Nazim Sadıxov: “Bakıdakı UFC turnirində döyüşməyə hətta başqa planetdən də gələrdim”

UFC döyüşçüsü Nazim Sadıxov Azərbaycanda keçiriləcək turnirdə Nikolas Motta ilə qarşılaşması öncəsi gözləntilərini bölüşüb.

İdman.biz xəbər verir ki, o, Bakıda anadan olub, amma Nyu-Yorkda böyüyüb.

Sadıxovun doğma şəhərində keçiriləcək UFC turniri iyunun 21-də baş tutacaq: "Vətənə qayıdış. Ailəmizin hekayəsi məhz orada başlayıb. Bu mənim və xalqım üçün çox önəmlidir. Hətta başqa planetdə olsaydım belə, Azərbaycana döyüşməyə gələrdim. Nə olursa olsun, Bakıda döyüşmək istəyirdim".

Həmyerlimiz "MMA Junkie"yə döyüşünün maraqlı olacağını deyib: "Mənim texniki arsenalım daha genişdir, amma aramızda ortaq cəhətlər də çoxdur. Nikolas Mottanın ən güclü versiyasına hazırlaşıram. Düşünürəm ki, ikimiz də bilirdik – gec-tez bizi oktagonda qarşılaşdıracaqlar”.

İdman.biz