Warning: opendir(/home/idmanbiz/www/cache/): failed to open dir: No such file or directory in /home/idmanbiz/www/classes/Cache/Lite.php on line 642
MMA döyüşçüsü 26 yaşında ölüb - İdman və Biz

MMA döyüşçüsü 26 yaşında ölüb

Xəbərlər
2 Yanvar 2025 14:59
274
MMA döyüşçüsü 26 yaşında ölüb

Yeni zelandiyalı MMA döyüşçüsü Hakariya Uilson vəfat edib.

İdman.biz xəbər verir ki, idmançı 26 yaşında ölüb.

O, Qisborn adasında musiqi festivalı zamanı dünyasını dəyişib. Polis onun cəsədində heç bir zorakılıq əlaməti aşkarlamayıb.

Qeyd edək ki, Uilson MMA-da keçirdiyi 7 döyüşdə 4 qələbə qazanıb və 3 dəfə məğlub olub.

İdman.biz

Məqalədə: