Xəyal Canıyevin növbəti rəqibinin adı bilinib – debütanta qarşı

Xəbərlər
26 Aprel 2024 12:37
Xəyal Canıyevin növbəti rəqibinin adı bilinib – debütanta qarşı

Azərbaycanlı döyüşçü Xəyal Canıyevin MMA-da növbəti rəqibinin adı bəlli olub.

İdman.biz xəbər verir ki, həmyerlimiz rusiyalı Aleksandr Nilovla qarşılaşacaq.

Görüş mayın 11-də Çelyabinskdə “Urales” arenada keçiriləcək. Bu, Xəyalın 21 yaşlı rəqibi Nilovun MMA-da ilk döyüşü olacaq.

Qeyd edək ki, Canıyev MMA-da 3 döyüş keçirib və hər birində qələbə qazanıb.

İdman.biz

Məqalədə: