Britaniyalı boksçunun revanş arzusu

Xəbərlər
13 Aprel 2024 21:12
Britaniyalı boksçunun revanş arzusu

Ağır çəkidə ikiqat dünya çempionu Entoni Coşua növbəti görüşünü Cozef Parkerə qarşı keçirə bilər.

İdman.biz xəbər verir ki, bu barədə britaniyalı boksçunun promouteri bildirib.

Eddi Hirn müştərisi Entoninin revanş arzusunda olduğunu deyib: “Entoni Parkerlə döyüşmək istəyir. Biz bu revanşı görə bilərik. Bundan başqa, digər sərfəli olmayan döyüşlər də var. Coşua xüsusi döyüşləri daha çox sevir. Entoni iki boksçu – Fyuri və Usiklə qarşılaşmanı səbirsizliklə gözləyir”.

Qeyd edək ki, britaniyalı boksçu son döyüşünü martın sonunda keçirib. O, kamerunlu Frensis Nqannunu kinci raundda nokaut edib.

İdman.biz