“UFC 330” turnirindən sonra yüngül çəki dərəcəsi üzrə reytinq yenilənib.
İdman.Biz xəbər verir ki, azərbaycanlı döyüşçü Rafael Fiziyev siyahıda iki pillə irəliləyərək 10-cu yerə yüksəlib.
Reytinqdə diqqətçəkən dəyişikliklərdən biri də Salaxdin Parnassın siyahıya daxil olmasıdır. O, birbaşa 9-cu pillədə qərarlaşıb.
Renato Moykano iki pillə geriləyərək 11-ci, Mateuş Qamrot isə üç pillə aşağı düşərək eyni mövqedə yer alıb. Den Huker, Tom Nolan və Beneil Darius da hərəyə bir pillə geriləyiblər.
Çempion Castin Qeytci olaraq qalır. İlk üçlükdə İlya Topuriya, Arman Tsarukyan və Çarlz Oliveyra yer alıblar.
Qeyd edək ki, digər UFC döyüşçümüz Tofiq Musayev bundan əvvəlki reytinq sıralamasında 14-cü pillədə yer alsa da, bu dəfə “Top-15”dən kənarda qalıb.
UFC-nin yüngül çəki üzrə aktual reytinqi:
Çempion: Castin Qeytci
1. İlya Topuriya
2. Arman Tsarukyan
3. Çarlz Oliveyra
4. Maks Hollouey
5. Pedi Pimblett
6. Benua Sen-Deni
7. Maurisio Ruffi
8. Kuillan Salxild
9. Salaxdin Parnass
10. Rafael Fiziyev
11. Renato Moykano
12. Mateuş Qamrot
13. Den Huker
14. Tom Nolan
15. Beneil Darius
