Xəyal Canıyev: “UFC kəmərini Azərbaycana gətirəcəm” - VİDEO

Müsahibə
28 Mart 2024 12:39
427
Xəyal Canıyev: “UFC kəmərini Azərbaycana gətirəcəm” - VİDEO

“Bütün MMA döyüşçülərinin arzusu UFC-də döyüşməkdir. Mən də hədəfi maksimum götürmüşəm”.

Bunu “İdman Bizdə”nin qonağı olan MMA döyüşçümüz Xəyal Canıyev deyib.

30 yaşlı idmançı bildirib ki, əsas məqsədi UFC-ə keçid etməkdir. Onun sözlərinə görə, təcrübəsini bir qədər də artırdıqdan sonra UFC-ə üz tutacaq: “Bir qədər təcrübə toplamaq lazımdır. MMA-da 3 döyüşüm olub. Daha 3-4 görüş keçirdikdən sonra UFC-ə hazır olacağam. Əsas menecerdir. Bizdə bununla bağlı komanda var. Hər şey hazırdır. Güləşi, qriplinqi bir qədər artırmaq lazımdır. İnşallah, Azərbaycanın bayrağını UFC-də dalğalandırarıq. Muay-tay, K-1 və MMA-da döyüşdüyüm üçün böyük təccrübəm var. Problem, zədə olmaza, UFC kəmərini Azərbaycana gətirəcəm”.

Qeyd edək ki, hazırda UFC-də Azərbaycanı 2 döyüşçü təmsil edir. Bunlar Rafael Fiziyev və Nazim Sadıqovdur.

Emin Ağa
İdman.biz

Məqalədə: