Xəyal Canıyevin növbəti döyüşünün vaxtı dəqiqləşib - VİDEO

Müsahibə
28 Mart 2024 11:29
Xəyal Canıyevin növbəti döyüşünün vaxtı dəqiqləşib - VİDEO

“Rəqibin adını hələ açıqlaya bilmərəm. Amma RCC-də döyüşəcəyəm”.

Bunu “İdman Bizdə”nin növbəti buraxlışının qonağı olan MMA döyüşçüsü Xəyal Canıyev deyib.

30 yaşlı idmançının növbəti döyüşünün vaxtı dəqiqləşib. O, mayın 4-də Rusiyada qüvvəsini sınayacaq. Canıyev bildirib ki, görüşünü eyni təşkilat keçirəcək: “Rəqibimin də adını onlar açıqlayacaqlar. Son 2 döyüşümü də məhz RCC təşkil edib. Görüş Rusiyada yaşadığım şəhərdə - Çelyabinskdə olacaq və 8 minlik arenada keçiriləcək”.

Canıyev döyüşünün hazırlıqlarını Bakıda keçəcəyini də vurğulayıb: Əsas üstünlüyü güləş məşqlərinə verəcəyəm. Hazırlıqlara sərbəst güləş üzrə millimizin məşqçisi Cəbrayıl Həsənov və Əşrəf Əliyev rəhbərlik edəcək. MMA-da güləşmək çox vacibdir. Mən muay-taydan gəldiyim üçün onlar mənə bu növdə hazırlığımı artırmağa kömək edəcəklər. Həm də başqa zallarda məşqlər edəcəm. Rusiyadan müəllimim də Bakıya gələcək”.

Qeyd edək ki, Xəyal Canıyev MMA-da 3 döyüş keçirib və hər birində qələbə qazanıb.

Emin Ağa
İdman.biz

Məqalədə: