Nazim Sadıxov UFC-də növbəti döyüşünə çıxacaq - FOTO

3 Sentyabr 2026 02:10
121
Nazim Sadıxov UFC-də növbəti döyüşünə çıxacaq

UFC-də çıxış edən azərbaycanlı döyüşçü Nazim Sadıxov növbəti döyüşünü braziliyalı Cefferson Nasimento ilə keçirəcək.

İdman.Biz xəbər verir ki, bu barədə 32 yaşlı idmançı sosial media hesabında məlumat verib.

Qeyd edək ki, 27 yaşlı “Toddynho” ləqəbli Nasimentonun peşəkar karyerasında 13 qələbəsi və 1 məğlubiyyəti var. O, 5 döyüşü nokautla, 3 qarşılaşmanı isə boğucu fəndlə qazanıb. Braziliyalı UFC-yə keçənədək 13 döyüşlük qələbə seriyasına malik olub və LFA-nın yüngül çəki üzrə müvəqqəti çempionluq kəmərini əldə edib.

Nasimentonun karyerasındakı yeganə məğlubiyyət Azərbaycanda qeydə alınıb. O, iyunun 27-də Bakıda keçirilən UFC turnirində debüt edib və Tahir Abdullayevə uduzub.

Nazim Sadıxov da sonuncu döyüşünü iyunun 27-də Bakıda keçirib. Onun rəqibi braziliyalı Mateus Kamilo olub. Qarşılaşma birinci raundun 1-ci dəqiqə 31-ci saniyəsində rəqibin texniki nokautla qələbəsi ilə başa çatıb.

Sadıxovun peşəkar karyerasında 11 qələbə, 3 məğlubiyyət və 1 heç-heçə var. UFC-də isə onun göstəricisi 4 qələbə, 2 məğlubiyyət və 1 heç-heçədir.

Qeyd edək ki, Nazim Sadıxov – Cefferson Nasimento döyüşü noyabrın 14-də Nyu-Yorkda keçiriləcək UFC 334 turnirində yüngül çəki dərəcəsində baş tutacaq.

İdman.Biz