Tailandın Banqkok şəhərində MMA üzrə “ONE Friday Fights 166” döyüş gecəsi keçirilib.
İdman.Biz bildirir ki, tədbirdə idmançımız Mirmehdi Miriyev (66 kq) də iştirak edib.
Mirmehdi Miriyev keçirdiyi döyüşdə monqolustanlı rəqibi Batoçir Batsaixan üzərində qələbə qazanıb.
