MMA döyüşçümüz Çində rəqibinə qalib gəlib - FOTO/VİDEO

29 İyun 2026 14:50
106
MMA döyüşçümüz Çində rəqibinə qalib gəlib - FOTO/VİDEO

Çinin Çjençjou şəhərində keçirilən MMA üzrə “YFU 95” turnirində Azərbaycan təmsilçimiz Mirmehdi Miriyev qələbə qazanıb.

İdman.Biz xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyi məlumat yayıb.

Bildirilib ki, 66 kq çəki dərəcəsində çıxış edən idmançımız yerli döyüşçü Huibo Dinq ilə üz-üzə gəlib.

Mirmehdi Miriyev rəqibini görüşün ilk raundunda armbar fəndi ilə məğlub edərək turniri inamlı qələbə ilə başa vurub.

İdman.Biz