Çarlz Conson: “Muay-tay və boks təcrübəm döyüşdə kömək olacaq”

24 İyun 2026 13:59
95
Çarlz Conson: “Muay-tay və boks təcrübəm döyüşdə kömək olacaq”

“Azərbaycanda olduğum müddətdə yeməklərin dadına baxa bilməmişəm. Çünki çəkimə görə xüsusi qidalanıram. Amma döyüşdən sonra mütləq sınayacağam. Azərbaycanda insanlar çox baxımlıdır. Hər yer çox səliqəli, təmizdir”.

İdman.Biz xəbər verir ki, bunu “UFC Fight Night Baku” turnirinin iştirakçısı Çarlz Conson mətbuat konfransında deyib.

O, hazırlıqla bağlı danışıb:

“Peşəkar boksla məşğul olmuşam. Məni döyüş növləri maraqlandırırdı. Bu növdə çempion da olmuşam. Amma bu mənim 21 yaşlarımda baş verib. Yəni keşmişdə baş verın bir təcrübədir. Əslində tək boksla deyil, muay-tay idman növü ilə də məşğul olmuşam. Rəqib hər hansısa taktika istifadə edərsə, mən onu nakaut etməyə hazır olacağam”.

Qeyd edək ki, “UFC Fight Night Baku” turniri iyunun 27-də Milli Gimnastika Arenasında keçiriləcək.

İdman.Biz
Məqalədə: