Azərbaycanlı UFC döyüşçüsü Rafael Fiziyev fransalı Fares Ziamın Bakıda qarşılaşmaq çağırışını cavabsız qoymayıb.
İdman.Biz xəbər verir ki, Fiziyev rəqibinin sosial şəbəkədəki paylaşımına şərh yazıb.
“Nə arzu etdiyinə diqqət yetir və çay üçün yaxşı bal gətir, Bakıda xoş qarşılanacaqsan”, - deyə “Ataman” vurğulayıb.

Ziyam isə bu mesaja “100%, qardaş” cavabını verərək döyüşə hazır olduğunu bildirib.
Daha sonra isə Ziam arıçı paltarında, arı pətəklərinin yanında kölgə boksuna (shadow boxing) çıxdığı videonu paylaşaraq Fiziyevə səslənib: “Hazırsan?”
İyun ayında Bakıda keçirilməsi ehtimal olunan bu qarşılaşma böyük maraq doğurub. Xatırladaq ki, Fares Ziam ötən ilin dekabrında digər təmsilçimiz Nazim Sadıxovu texniki nokautla məğlub etmişdi.
