Rəsul Rəhimov: “Bu dəfə daha güclüyəm”

2 Aprel 2026 09:57
202
Rəsul Rəhimov: “Bu dəfə daha güclüyəm”

“Hazırlıqlar yaxşı edir”.

Bunu Azərbaycanın MMA döyüşçüsü Rəsul Rəhimov deyib.

“One Championship” turnirində keçirəcəyi növbəti döyüşlə bağlı fikirlərini bölüşüb.

“Qarşılaşma Banqkoqda baş tutacaq. Rəqibim Paraqvay təmsilçisi Valdi Britezdir. Hazırda Tailandda məşq keçirəm. Bu dövr digər hazırlıq mərhələrindən xeyli fərqlənir. Müsbətə doğru dəyişikliklər hiss edirəm. Bu dəfə daha güclüyəm. Ümid edirəm ki, gözəl döyüş göstərəcəyəm”, - deyə o, offsideplus.az-a açıqlamasında bildirib.

Qeyd edək ki, Rəhimov “Core Fighting Championship”də keçirdiyi sonuncu döyüşdə Türkmənistandan olan rəqibi Guvenc Dadaevi 8 saniyəyə nokaut etmişdi.

İdman.Biz