Azərbaycanlı MMA döyüşçüsü Asəf Çopurov növbəti döyüşünü “UAE Warriors” turnirində keçirəcək.
İdman.Biz-in məlumatına görə, Çopurov 28 martda avstraliyalı döyüşçü Ris Maklarenlə qarşılaşacaq.
Qeyd olunur ki, Asəf Çopurov bu döyüşdə titulunu ilk dəfə müdafiə edəcək.
Azərbaycanlı döyüşçü doqquz döyüşdə doqquz qələbə qazanıb, rəqibi isə daha çox təcrübəyə malikdir - 19 qələbə və doqquz məğlubiyyət.
