Azərbaycanlı döyüşçü Tofiq Musayev növbəti döyüşünü çilili İqnasio Bahamondeslə keçirəcək.
İdman.Biz bildirir ki, döyüş ABŞ-ın Sietl şəhərində “Climate Pledge Arena”da olacaq.
Döyüşçülər martin 28-də UFC turnirində qarşılaşacaqlar.

İqnasio Bahamondes bu döyüşdə əvvəlcədən planlaşdırılan braziliyalı Samuel Sançesin yerinə çıxacaq.
Xatırladaq ki, ötən il iyunun 22-də azərbaycanlı döyüşçü Rafael Fiziyev yekdil qərarla Bahamondesə qalib gəlib.
